Fabrlic Məsləhətçisi kimi mən biznesin həyata keçirilməsindəaşağıdakı prinsiplərə əməl etməyə hazıram:
- Mən şirkətin əsas qaydasına əməl etməyə söz verirəm: özümün biznesimi şəffaf quracaq və gəlir əldə edəcəyəm ki, əməkdaşlıq etdiyim insanların da öz karyeralarını savadlı şəkildə qurub gəlir əldə etmək imkanları olsun.
- Bütün fəaliyyətim dövründə mən yalnız Şirkətə fayda gətirəcək metod və strategiyalardan istifadə edəcəyəm, həm də Şirkətin işgüzar etibarına və onun ticarət markasına zərər gətirəcək fəaliyyətlərə yol verməməyə çalışacağam.
- Mən Şirkətin bütün qaydalarını, həmçinin ona daha sonra tətbiq ediləcək dəyişiklikləri öyrənəcəyəm və onlara hər zaman qeyd-şərtsiz əməl edəcəyəm.
- Mən yeni Məsləhətçilər üçün olan təlimlərdə iştirak edəcək, həmçinin Şirkətin təklif etdiyi öyrədici və fakültativ məşğələlərdə iştirak edəcəyəm. Mən daim öz peşəkar səviyyəmi yüksəldəcəyəm.
- Mən Məsləhətçinin bütün öhdəliklərini, həmçinin Rəhbər və Direktor səviyyəsinə yüksəldikdə onların da öhdəliklərini icra edəcəyimə söz verirəm.
- Mən hazırda və gələcəkdə Müştəri və Məsləhətçilərə münasibətdə öhdəmə götürdüyüm bütün öhdəliklərə qeyd-şərtsiz əməl edəcəyimə söz verirəm.
- Mən bütün qüvvəmi Rəhbəri olduğum Məsləhətçilərin təliminə və ruhlandırılmasına yönəldəcəyəm. Söz verirəm ki, Şirkətlə biznesin imkanları barədə onlara tam doğru və düzgün məlumat verəcəyəm.
- Mənim Şirkətin məhsullarını pərakəndə satış məntələrində satşa çıxarmaq və təqdim ermək hüququm yoxdur. Şirkətin qaydalarının tələblərinə, ruhuna və siyasətinə uyğun olaraq məhsulları ancaq birbaşa satışlar yolu ilə satacağım barədə öhdəlik götütürəm. Söz verirəm ki, Şirkət tərəfindən istehsal edilməyən məhsulları satmaq üçün heç bir halda Şirkətin şəbəkəsindən istifadə etməyəcəyəm.
- Hər hansı bir anlaşmazlıq baş verərsə, mən onları anlayış və ədalətlə, ən yüksək əxlaqi standartlar və Şirkətlə biznesin təşkilinin verdiyi məsuliyyətlə həll etməyə çalışacağam.