Oksigenli ağardıcının sınaq nümunəsi Extra White 30030 qiymətə al 80 руб — internet-mağaza Faberlic

Çəki: 40 q.

Daha paltarları kimyəvi təmizləməyə aparmağa gərək yoxdur! Yeni oksigenli ağardıcı parçaların ilkin bəyazlığını bərpa edir, bir çox ləkələri, o cümlədən qurumuşlarını belə aparır!

Oksigenli ağardıcı Extra Whitealman şirkəti Rohm & Werner*-lə birgə peşəkar yuma vasitələrinin yuyulmasındakı ən son innovasiyalar nəzərə alınmaqla hazırlanır.

  • Açıq rəngli parçalar, tül və pərdələrdən müxtəlif təbiətə malik ləkələrin çıxarılmasında effektlidir (tər, t, qan, meyvə, şirə, çay, qəhvə, şərab, yağlı souslar, qida məhsulları, kosmetika, zelyonka, yod, yağlar, dqətranlar və s.).
  • "Aktiv ağartma" texnologiyalı xüsusi formul ilkin bəyazlığı bərpa edir, sarılıq və bozluğu aradan qaldırır.
  • Bakteriyaların aradan qaldırılması üçün aktiv imkan yaradır (məsləhət görülən yuma temperaturu 60°С-dən yuxarı) və davamlı xoşagəlməz qoxuları aradan qaldırır.
  • Liflərin strukturunu dağıtmır.
  • Tərkində boyaq maddələri və ətirləndiricilər yoxdur.
  • Tərkibində xlor və fosfatlar yoxdur.
  • Saralma və bozarma çox olduqda yuyucu tozun təsirini gücləndirir.
  • Ağ və açıq rəngli parçalar, tül və pərdələrin yuyulması üçün.
  • Parçalar üçün təhlükəsizdir.
  • Ləkələrin əvvəlcədən işlənməsi, islağa qoyma və əllə və ya maşınla yuma zamanı əsas yuyucu vasitəyə (toz və ya gel) əlavə kimi istifadə etmək olar.

*Rohm & Werner peşəkar yuyucu vasitlərin istehsalı səhəsində ixtisaslaşıb - Avropa bazarının qəbul edilmiş sabit inkişaf və insan və ətraf mühit üçün təhlükəsizlik prinsiplərinə cavab verən yüksəkeffektli qatılaşdırıcı vasitələr. Rohm und Werner GmbH Yuyucu və təmizləyici vasitələr istehsalçıları Beynəlxalq Assosiasiyası A.I.S.E.-nin üzvüdür. Bu assosiasiya istehlakçı və ətraf mühitə qayğı ilə istehsal prinsipinə əməl edən məsuliyyətli istehsalçıların birliyidir (Xartiya 2020+).

İstifadə müddəti: qutunun üzərində göstərilən tarixdən etibarən 24 ay.

Uyğunluq sertifikatı

Dövlət qeydiyyatı şəhadətnaməsi



«Faberlic» ASC-nin sifarişi ilə hazırlanıb, Rusiya, Moskva, Nikopolskaya küç., 4
İstehsal ölkəsi: Almaniya

Tərkibi: 30 % və daha çox oksigen əsaslı ağardıcı, 15-30%: Natrium-karbonat, natrium hidrokarbonatı, 5 %-dən az: ağartma aktivatoru, istehsalat benzosulfanol turşuları, NPAV, enzimlər kompleksi (proteaza, amilaza, mannanaza, lipaza).

Ağardıcının ekoloji təmiz tərkibi var:

  • oksigenin aktiv forması ilə mineral birləşmələr (perkarbonat - oksigen əsaslı ağardıcı) – müxtəlif ləkələri çıxarır, ağardır, saralmanı aradan qaldırır, dezinfeksiyaedici effektə malikdir;
  • mineral duzlar (natrium-karbonat və natrium hidrokarbonatı) – codluq duzlarını özünə birləşdirir, suyu yumşaldır, yüksək yuma keyfiyyəti üçün optimal şərait yaradır;
  • təbii amin (ağartma aktivatoru) – aşağı yuma temperaturlarında oksigenli ağardıcının təsirini gücləndirir;
  • bioparçalanan yuyucu komponentlər (PAV-lar) – yağ ləkələrinə qarşı yüksək effektivlik, bir çox ləkələrin aktiv təmizlənməsi, onların parçalardan rahat durulanması;
  • təbii fermentlər (enzimlər kompleksi) – proteazadan sinergetik kompleks, amilazalar, mannazalar və lipalazalar müxtəlif ləkələrin çıxarılması üçün.

Yun və ipək üçün istifadə etməyin. Tərkibində xlor olan ağardıcı ilə qarışdırmayın.

İstifadə qaydaları:

Yuma: paltaryuyan maşına tökərkən aşağıda göstərilən miqdarda ağardıcını yuyucu toz və ya gelə əlavə edin:

  • qatılaşdırılmış universal yuyucu tozla bərabər istifadə etdikdə - 20 q (1/2 ölçü qaşığı qədər);
  • Rəngli paltarlar üçün yuyucu toz və digər istehsalçıların yuyucu vasitələri ilə birlikdə istifadə etdikdə - 40 q (1 ölçü qaşığı);
  • qurumuş ləkələr, bozarmış və ya saralmış parçalar üçün dozanı 20 q artırın (1\2 ölçü qaşığı).

Ləkələrin çıxarılması: 20 q (1/2 ölçü qaşığı) ağardıcını 1/2 ölçü qaşığı qaynar suda həll edin, ləkənin üzərinə çəkib 20-30 dəqiqə gözləyin. Yaxşı olar ki, istifadə etdiyiniz suyun temperaturu 60°С-dən az olmasın.

İslağa qoyma: 40 q (1 ölçü qaşığı) ağardıcını 2 qaynar suda həll edin. Yaxşı olar ki, istifadə edilən suyun temperaturu 60 ºС-dən az olmasın. Əvvəlcədən işləmədən sonra (ləkənin çıxarılması və ya islağa qoyulma) parçanı yuyun və ya bol su ilə durulayın.

Uşaqların əlləri çatmayan yerdə saxlayın. Təyinatı üzrə istifadə edin. İstifadədən sonra əllərinizi təmiz yuyun. İstifadə edərkən yemək yeməyin, içməyin, siqaret çəkməyin.

Ehtiyatlı olun! Gözlərin ciddi zədələnməsinə səbəb olur. Dərhal həkimə müraciət edin. Gözə düşdüyü təqdirdə 15-20 dəqiqə ərzində bol miqdarda axar su ilə yuyun. Kontakt linzaları çıxarın (əgər varsa).

Dİqqət! Dərinin yüksək həssaslığı və əllərinizin dərisində yara olduqda rezin əlcəkdən istifadə edin. Yaraya düşdükdə həmin hissəni bol su ilə təmiz yuyun. Udulduqda zəhərlənə bilərsiniz. Ağıza təsadüfən düşərsə ağızı su ilə yaxalayın. Əgər uzun müddət vasitə olan havada nəfəs almısınızsa, yaxşı hava qəbul edən əraziyə keçin. İstənilən özünüzü pis hiss etmə halında vasitənin qabını (etiketi) özünüzlə götürməklə tibbi yardıma müraciət edin.

Ağzı bərk bağlı qabda, sərin və quru, birbaşa günəş şuaları düşməyən, temperaturu + 5 °С-dən + 30 °С-dək olan yerdə saxlayın. Qida məhsulları və yanmağa meyilli vasitələrlə birlikdə saxlamayın.

  İstifadəçi Tövsiyə
(735162640)
Margarita T.
Минск г.
21.04.2023
Один пакет на один раз. С задачей справляется хорошо. Не воняет, не портит ткань.
(720317710)
Martyna L.
Schaerbeek
01.11.2021
Wow! Excellent poudre à lessive déjà deuxième fois chez moi.
(722081359)
Rescalvo J.
Miranda de Ebro
28.04.2021
Buenísimo para la ropa blanca, la deja con un frescor muy agradable y el blanco radiante. Es un producto excelente yo lo uso para las cortinas.
1 - 3 Nəticələri 3 dən