Siz saytın fərqli versiyasının bölgəsini seçməyə çalışırsınız. Əgər keçid etsəniz, məhsulları səbətə yenidən əlavə etməli olacaqsınız.
Home Gnome Greenly qatılaşdırılmış bio yuyucu toz rəngli parçalar üçün cod suda effektiv yuma üçün xüsusi olaraq yaradılıb.
Rəng qoruma sistemi, sevdiyiniz əşyaların rənglərinin parlaqlığını və dolğunluğunu qoruyur, eyni zamanda yuyarkən müxtəlif rəngli parçaların rənginin dəyişməsindən qoruyur.
Yuyucu tozun xüsusi biomineral formulası hətta cod suda belə effektiv yuma üçün hazırlanıb.
Minerallar kompleksi və CEO Lite texnologiyası istənilən temperaturda, istənilən yuma tsiklində və istənilən cod suda ləkələrin keyfiyyətli yuyulması üçün şərait yaradırlar.
Suyun aktiv yumuşaldılması sistemi ən çətin gedən ləkələri yumağa imkan verir və xüsusi yumşaldıcılardan istifadə etmədən belə parçalara xoş yumşaqlıq bəxş edir. Bio yuyucu toz sizin paltaryuyan maşınınızı effektiv şəkildə ərpdən, kirəcdən qoruyur və suyunun yüksək codluğu olan regionlar üçün tövsiyyə edilir.
Bioenzimlər multikompleksi geniş yayılmış ləkə növlərini təmizləyir, böyük və uşaq alt paltarlarındakı çətin gedən qida və fizioloji ləkələrin əla öhdəsindən gəlir.
Mükəmməl təmizlik və parlaq dolğun rənglər!
Məhsulun keyfiyyəti kral standartına uyğundur! Bio ləkəçıxarıcısının istehsalçısı olan Senzora bv şirkəti Niderland Kral evinin rəsmi predikatına malikdir. Şirkətin nüfuzu və peşəkar səlahiyyətləri tanınıb və təsdiqlənib.
*Sağlamlığa qayğı ilə yaradılmış məhsul. Astma və allergiya - bütün dünyada insanların tez-tez rastlaşdığı problemdir. Asthma Allergy Nordic birliyinin işarəsi, məhsulun bütövlükdə və yuyucu tozun hər bir komponentlərinin ayrıca olaraq ekspert heyətinin ciddi şəkildə nəzarətindən keçdiyini təsdiqləyir.
**Yuyucu tozun dermatoloji təhlükəsizliyi beynəlxalq tədqiqat institutu Dermatest GmbH (Almaniya) sertifikatı ilə sınanıb və təsdiqlənib.
İstifadə müddəti: Qablaşdırmada göstərilən istehsal tarixindən 36 ay.
15-30%: natrium karbonat, natrium hidrokarbonat, zeolitlər, benzosulfonik turşusu törəmələri, 5% -dən az: etoksilləşdirilmiş yağ spirtləri, polikarboksatlar, selüloz əsaslı antisorbent, enzimlər multikompleksi (proteaz, amilaz, mannanaza, pektat-liyaz), etidron turşusu duzu, poliefir.
Hər zaman əşyaların etiketlərindəki yuyulma qaydalarına əməl edin.
Ölçü ekoqaşıq qablaşdırmanın içindədir. İstifadədən əvvəl, pambığa tənzimləmək üçün böyürlərini sıxın.
Doza | Yüngül çirklənmələr | Orta çirklənmələr | Ağır çirklənmələr |
Maşınla yuyulma 4,5 kq / kg | 30 q / g | 40 q / g | 60 q / g |
Əllə yuma (10 l suya / 10 l of water) | 20 q / g | 30 q / g | 40 q / g |
Təhlükəsizlik qaydaları
Təyinatı üzrə istifadə edin.
Diqqət! Gözə düşdükdə şiddətli qıcıqlanmağa səbəb olur. Uşaqların əli çatmayan yerdə saxlayın! İşlədikdən sonra əllərinizi yaxşıca yuyun.
Gözə düşdükdə: bir neçə dəqiqə su ilə eytiyatla yuyun. Kontakt linzaları istifadə edirsinizsə və bunu etmək asandırsa, onları çıxarın. Gözləri yumağa davam edin. Gözldəki qıcıqlanma davam edərsə, həkimə müraciət edin.
Udulduqda: özünüzü pis hiss edirsinizsə həkimə müraciət edin, imkan daxilində, məhsulun qablaşdırmasını həkimə göstərin.
Saxlama şəraiti:
Sərin, quru, birbaşa günəş işığının düşmədiyi yerdə saxlayın. Yemək məhsulları və oddan təhlükəli maddələrlə birgə saxlamayın.
İstifadəçi | Tövsiyə | |
---|---|---|
(734168968) Akbermet Z. Бишкек |
17.08.2023 Это супер порошок .не думайте закажите побольше .не пожалеете 👌💝. |
|
(729979322) Nadezhda B. Обухово |
15.07.2022 Купила на пробу порошок,очень понравился!Закажу большой вариант! |
|
(2360405) Vera B. Ангарск |
15.07.2022 Отличный порошок. |