expert-age-2Sual: Age Power Expert məhsullarını hansı ardıcıllıqla istifadə etməli? Vasitələrin maksimal effektli işləmələri, nəticənin isə kompleksşəkilli olması üçün nələr etməli?

Ekspert cavabı: ADDIM 1art. 1060 – «Qırışlara stop» konsentratı burun-dodaq qatına, göz zonasındakı qırışlara, alına və qaşların arasına lokal olaraq çəkirik.

Konsentrat dərhal əzələ yığılmalarını blok edir və mimik qırışların əmələ gəlməsinin qarşısını alır.

ADDIM 2art. 1063 – dərin qırışlar üçün zərdab-korrektoru da eyni yerlərə çəkin: burun-dodaq qatı, göz zonasındakı qırışlar, alın və qaş aralarına. Zərdab dərin qırışları doldurur və hamarlaşdırır, və dəriyə elastikliyini bərpa etməyə kömək edir.

ADDIM 3art. 1065 – dərinin elastikliyinin aktivatoru 3D-effekti bütün üzə çəkirik, dərini bir neçə dəqiqə müddətində diyircəklərlə massaj edirik, yanağın aşağı tərəfi və çənəyə xüsusi diqqət yetiririk. Vasitə elastin liflərini möhkəmlədir, üzün davamlı "karkasını" formalaşdırır, onun sallanmasının qarşısını alır, qırışları hamarlaşdırır və üz ovalını dartır.

ADDIM 4art. 1075 – kollagenli aktiv zərdabı üzün təmizlənmiş dərisinə nazik qat şəklində çəkirik. Məhsul dərinin öz kollageninin bərpasına səbəb olur, nəzərəçarpacaq gəncləşdirici effekti təmin edir.

ADDIM 5art. 1078 – "Dairəvi plastika" kremi üz və boyuna nazik qat çəkilir. Krem üz konturlarını dartır, modelləşdirir və möhkəmləədir, üz ovalının deformasiyasının qarşısını alır, dəriyə elastiklik, sıxlıq və tonusunu geri qaytarır.

Tam istifadə kursu – 60 gün, zərurət olduğu hallarda 1-2 aydan sonra təkrar etmək olar.

Vopros-age-power