Verbena-winterSual: xüsusi qış qulluğu nə işə yarayır? Soyuqların düşməsi ilə qulluqda heç nəyi dəyişməmək olarmı?


Ekspertin cavabı: Qış dövründə (xüsusən yaş artdıqca) dəri daha çox quruyur və buna görə də qulluq daha qidalandırıcı olmalıdır. Bu zaman sizin gündüz kreminizin qidalandırıcı xüsusiyyətləri onun nəmləndirici xüsusiyyətlərindən daha üstün olmalıdır - daha qatı və yağlı teksturalara üstünlük verin.

 Amma nəmləndirmədən tam imtina etmək də məsləhət deyil: isidicilərin işlədiyi mövsümdə otaqların havası çox quruyur, bu da dəri hüceyrələrindən nəmin daha sürətlə buxarlanmasına səbəb olur. Nəmləndirici vasitələrdən istifadəni axşama saxlayın, onlardan evdən çıxmamışdan əvvəl istifadə etməyin. Gecə kremi bütün gün ərzində itirilmiş qidalandırıcı və nəmləndirici vasitələrin çatışmazlığını aradan qaldırmalıdır.

Qış üçün gündüz kremi dərini şaxtalı havada qorumağa kömək edir, onun tərkibində bitki yağları və vitaminlər olmalıdır. Buna baxmayaraq, əgər siz yağlı və ya qarışıq tipli dəri sahibəsisinizsə, quru dəri üçün olan vasitələri seçməniz məsləhət deyil, o, komedon effektinə səbəb ola bilər. Seçiminizi normal dəri üçün olan gündəlik qulluq kremilərinin üzərində saxlayın.

Soyuq havalarda doğru müdafiə strategiyasını seçib-seçmədiyinizdən narahat olmamaq üçün xüsusi qış seriyalarına diqqət yetirin – belə vasitələr Faberlic Verbena (baza qulluğu) və Zima (soyuq və küləkdən müdafiə) seriyalarında var. Onlarda nəmləndirmə, qidalandırma və müdafiə balansı optimal seçilib ki, sizin dəriniz soyuq fəsildə özünü maksimum rahat hiss etsin.