Night-creamSual: gecə kremləri necə işləyir, onların effektivliyini necə yüksəltmək olar?

Ekspertin cavabı: Axşamlar dərimizə çəkdiyimiz kremlərin vəzifəsi - onun şlaklardan azad olmasına kömək etmək, qidalandırmaq və nəmlə təmin etmək, onun təbii yenilənmə prosesini dəstəkləmək və aktivləşdirmək. 

Biz istirahət etdiyimiz vaxtda dəri bərpa olunur, qidalı maddələri mənimsəyir, buna görə də gecə kremlərinin tərkibi belə zəngindir. Məlumdur və dəqiqdır ki, hüceyrələrin aktiv şəkildə müstəqil bərpa müddəti gecəyarıdan səhər dördədəkdir. Əgər bu müddətdə biz bərk yatarıqsa, prosesə melitonin - təbii antioksidant, qocalma əleyhinə mübariz və sutka ritminin tənzimləyicisisi olan hormon da qoşulur. Ona görə də hər axşam gecə yarısına kimi yuxuya getmək sağlam alışqanlıqdır.

Krem yatmazdan 1-2 saat əvvəl üzə çəkilərsə, o, maksimum effektli olar. Bu zaman vasitə dərin hopur və artıq gecəyarısı işləməyə başlayır, kremin artıqlarını isə silib təmizləmək olar ki, şişkinliklər yaranmasın. Gecə kreminin effektini necə artırmalı?  Artıq axşamdan etibarən əlavə şeylərdən qurtulmağa başlayın: dəniz duzlu isti vanna qəbul edin, dərini yaxşıca təmizləyin, sakitləşdirici otlarla çay için, yatmağa 2-3 saat qalmış yeməkdən imtina edin. Bu zaman, hətta adi nəmləndirici krem belə ikiqat təsirli olacaq!

Gecə kremini seç >>