Siz saytın fərqli versiyasının bölgəsini seçməyə çalışırsınız. Əgər keçid etsəniz, məhsulları səbətə yenidən əlavə etməli olacaqsınız.
Saytın yuxarı sağ küncündəki "Sifariş tərtib etmək" düyməsini sıxın. Açılan pəncərədəki menyudan "Flash-kataloq"u seçin. Və ya saytın açağı menyusundakı kataloq bölməsinə keçin.
Virtual kataloqu səhifələyin və bəyəndiyiniz məhsulları dərhal əldə edin. Bu bölmədən, siz, həmçinin aktiual kataloqu yükləyə bilərsiniz.
Sol düyməni səhifənin üzərində iki dəfə sıxın ki, şəkil iki dəfə böyüsün. Digər funksiyalardan kataloqun daxilində istifadə etmək olar:
1. Bütövekranlı rejimə keçid (çıxmaq üçün klaviaturada Escape düyməsini sıxın).
2. Sizə lazım olan səhifəyə keçid.
3,7. İlk və son səhifəyə keçid.
4,6. Sonrakı və ya əvvəlki səhifəyə keçid.
5. Avtomatik səhifələnmə. Düyməni təkrar sıxdıqda siz funksiyanı ləğv edirsiniz.
8. Kataloqun sizin printerdən çapı.
9. Kataluqu səhifələyən zaman səsin verilməsi və alınması.
10. Açıq səhifədən məhsulun səbətə əlavə edilməsi.
11. Məhsulun artikul və ya ad üzrə axtarılması.
Məhsulu axtarışdan (11) və ya kataloqun səhifəsinin sağ tərəfindən (10) seçin və "al" düyməsini sıxın. Məhsul olan səhifə açılacaq, "Səbətə əlavə et" düyməsini sıxın. Əgər məhsul haqqında ətraflı məlumat almaq və rəyləri oxumaq istəyirsinizsə, "Malın səhifəsinə keç" düyməsini sıxın.
Bütün məhsulları seçdikdən sonra səbətə keçin və "Sifariş qeydiyyatına davam etmək" düyməsini sıxın.
Aksiyada iştirak edən məhsulların bir hissəsini siz sifarişinizə 1-ci addımda əlavə edə bilərsiniz (endirimli qiymət 2-ci addımda hesablanacaq). Bəzi aksiyalar isə birbaşa səbətin özündə seçilir – sifariş qeydiyyatının ikinci addımında, "Promoaksiyalar" bölməsində. Bütün aksiyaların siyahısı sifariş forması ilə birlikdə hər kataloq dövrünün əvvəlində "Kataloq xəbərləri" bölməsində yayımlanır.
Sifarişin 2-ci addımında siz mümkün olan aksiyaların linklərini görəcəksiniz. Onların tərkibi qüvvədə olan kataloq və sizin şərtlərini icra etdiyiniz aksiyalardan asılıdır.
Aksiya olan blokların üzərinə sıxdıqda superqiymətlərə olan məhsulların siyahısı açılacaq.
Lazımi aksiyanı tapın və "Məhsul seçmək" düyməsini sıxın. Məhsul sayını daxil edin və "Seç" düyməsini sıxın.
Sifarişin 2-ci addımında biznes üçün köməkçi materiallar təklif oluna bilər (endirimlə kataloqlar, sınaq nümunələri və s.).
Təklif edilən məhsullardan imtina etmək üçün "İmtina et" və ya səbət işarəsinin üzərinə, sonra isə "Düzəlişi tətbiq et" düyməsinə sıxın.
Əgər verilən sifarişin məbləği kifayər qədər olmazsa, endirimin tətbiqi üçün bəzi aksiyalar görünməyə bilər. Belə olan halda sifarişin birinci addımına geri qayıdın, lazımi məhsulları seçin və "Dəyişikliyi tətbiq etmək" düyməsini sıxın. Lazım olan aksiya 2-ci addımda görünəcək.
«Faberlic-klub» mükafat bonuslarını toplayıb onları xüsusi kataloqdan hədiyyələrə dəyişmək imkanı verir. «Faberlic-klub» blokunda sizin elektron pul kisənizdə olan bonusların sayı əks olunur:
Bonus üzrə mal sifariş vermək üçün "Məhsul seçin" düyməsini sıxın, pəncərə açılacaq:
Mallar bonuslara görə qruplaşdırılıb, hər qrup öz əlavəsindədir. Belə ki, məsələn, "25" qrupuna 25 bonus dəyərində olan mallar daxildir. Elə buradaca malın sürətli seçimi nəzərdə tutulub. Bütün siyahılardakı malları seçin və "Seç" düyməsini sıxın. «Faberlic-klub» sətrində qalan və xərclənən bonusların miqdarı əks olunacaq:
"Hesabat" sətrində aksiyaya düşmüş məhsullar üzrə yekun əks olunacaq: onların sayı və məbləği. Aşağıda "Sifariş üzrə yükun" bloku göstərilib - bu, bütün sifariş edilmiş məhsulların siyahısıdır. Aksiya üzrə alınan məhsullar mavi fənglə fərqləndiriliblər.
Yekun sətrində göstərilib: sifarişin kataloq qiyməti ilə məbləği, sifarişin sizin qiymətlərlə məbləği, sifarişdəki malların sayı. 2-ci addıma qayıtmaq üçün "Promoaksiyanın seçiminə qayıt" düyməsini sıxın. Növbəti addıma keçmək üçün "Sİfariş qetdiyyatına davam et" düyməsini sıxın. Hesabat məlumatları və məhsula verilən endirimlər göstərilən "Sifarişin təsdiqi" linki "Ödəmə" linki ilə açılacaq.
"Sifarişi təsdiq et" düyməsini sıxın. Sifariş haqqında məlumatlar və son məbləğ əks olunan pəncərə açılacaq. Buradan siz sifarişin ödənişini edə və ya onu çap edə bilərsiniz.