Siz saytın fərqli versiyasının bölgəsini seçməyə çalışırsınız. Əgər keçid etsəniz, məhsulları səbətə yenidən əlavə etməli olacaqsınız.
Əgər sizdə alacağınız əşyaların siyahısı hazırdırsa, vaxtınıza qənaət edib sürətli sifariş xidmətində istifadə edə bilərsiniz. Sizə kataloqu vərəqləmək, sizə lazım olan seriyaların məhsul və vasitələrinı axtarmaq lazım gəlməyəcək. Sadəcə artikulları daxil edib sifarişi qeydiyyatdan keçirmək lazımdır.
Saytın yuxarı sağ küncündəki "Sifariş tərtib etmək" düyməsini sıxın. Açılan pəncərədəki menyudan "Artikul üzrə sifariş" düyməsini sıxın.
«Sifarişin qeydiyyatı. Çatdırılma. Rekvizitlər» pəncərəsi açılacaq:
Siz yeni çatdırılma ünvanı seçə və ya əvvəl daxil etdiyiniz ünvanlardan birini seçə bilərsiniz. Bunun üçün "Mənim çatdırılma ünvanlarım" düyməsini sıxın. Sistem sizə çatdırılma mümkün olan ünvanların siyahısını təqdim edəcək. Rekvizitləri seçdikdən sonra "Davam etmək" düyməsini sıxın. Axtarış sahəsinə artikulu və ya məhsulun adını daxil etmək mümkün olan pəncərə açılacaq.
Siz məhsulları "Seçilmişlər" bölməsindən də ala bilərsiniz (əgər internet-mağazada nəsə axtarıb onu bu səbətə əlavə etmisinizsə). Sizə məhsulun təsviri lazım deyil və siz hər şeyi maksimum tez etmək istəyirsiniz? "Məhsulun sürətli əlavə edilməsi" düyməsindən istifadə edin. Əgər siz adi axtarış sətrini istifadə edirsinizsə, məhsulun təsviri olan pəncərə açılacaq. "Əlavə et" düyməsini sıxın.
Bütün məhsulları seçdikdən sonra səbətə keçin və "Sifariş qeydiyyatını davam etdirmək" düyməsini sıxın.
Aksiyada iştirak edən məhsulların bir hissəsini siz sifarişinizə 1-ci addımda əlavə edə bilərsiniz (endirimli qiymət 2-ci addımda hesablanacaq). Bəzi aksiyalar isə birbaşa səbətin özündə seçilir – sifariş qeydiyyatının ikinci addımında, "Promoaksiyalar" bölməsində. Bütün aksiyaların siyahısı sifariş forması ilə birlikdə hər kataloq dövrünün əvvəlində "Kataloq xəbərləri" bölməsində yayımlanır.
Sifarişin 2-ci addımında siz mümkün olan aksiyaların linklərini görəcəksiniz. Onların tərkibi qüvvədə olan kataloq və sizin şərtlərini icra etdiyiniz aksiyalardan asılıdır.
Aksiya olan blokların üzərinə sıxdıqda superqiymətlərə olan məhsulların siyahısı açılacaq.
Lazımi aksiyanı tapın və "Malı seç" düyməsini sıxın. Məhsulun sayını daxil edin və yenidən "Seç" düyməsini sıxın.
Sifarişin ikinci addımında biznes üçün köməkçi materiallar təklif edilə bilər (endirimli kataloqlar, sınaq nümunələri və s.).
Təklif olunan məhsullardan imtina etmək üçün "İmtina et" düyməsini və ya səbət işarəsini sıxın, sonra "Dəyişikliyi tətbiq et" düyməsini.
Bəzi aksiyalar görünməyə bilər, əgər əsas sifarişin məbləği endirmin tətbiq edilməsi üçün sifarişin məbləği kifayət deyilsə. Belə olan halda birinci addıma geri qayıdın, səbətə məhsullar əlavə edin, "Dəyişikliyi tətəbiq et" düyməsini sıxın və sizə lazım olan aksiya ikinci addımda görünəcək.
«Faberlic-klub» hədiyyə bonuslarını toplayıb onları xüsusi kataloqdan hədiyyələrə dəyişmək olar. «Faberlic-klub» blokunda sizin elektron pul kisəsində olan bonusların miqdarı barədə məlumat var:
Bonuslar üzrə məhsul sifariş vermək üçün "Məhsul seç" düyməsini basın, pəncərə açılacaq:
Məhsullar bonuslarda qiymətlərinə görə qruplaşdırılıblar, hər bir qrup - öz əlavəsindədir. Beləliklə, məsələn, "25" qrupuna 25 bonus dəyərində mallar daxildir. Burada da malın adı və ya artikulu üzrə axtarış nəzərdə tutulub. Bütün siyahılardakı malları qeyd edin və "Seç" düyməsini sıxın. В строке «Faberlic-klub» sətrində mümkün olan istifadə olunmuş bonusların miqdarı barədə məlumat əks olunur:
«Hesabat» sətrində aksiya üzrə məhsulların yekunu əks olunacaq: onların sayı və məbləği. Aşağıda "Sifariş üzrə cəmi" bloku əks olunub - bu, bütün sifariş edilən malların siyahısı. Aksiya üzrə məhsullar mavi rənglə qeyd edilir.
Yekun sətirdə göstərilir: sifarişin kataloq üzrə qiyməti, sizin qiymətlər üzrə sifarişin qiyməti, sifarişdəki malların sayı. 2-ci addıma qayıtmaq üçün "Promoaksiya seçiminə qayıt" düyməsini sıxın. Növbəti addıma keçmək üçün "Sifariş qeydiyyatına davam etmək" düyməsini sıxın. "Sifarişi təsdiq et" ödəmə bloku ilə birlikdə açılacaq, burada sifarişin məlumatları və endirimli qiyməti əks olunacaq.
"Sifarişi təsdiqlə" düyməsini sıxın. Sifarişin yekun qiyməti əks olunan pəncərə açılacaq. Buradan siz ödənişə keçə və sifarişi çap edə bilərsiniz.